Azərbaycanlı jurnalistlər İranda radio-televiziya təşkilatını ziyarət ediblər

İranın Mazandaran vilayətində səfərdə olan bir qrup Azərbaycan jurnalistləri bu vilayətin Radio-Televiziya Təşkilatını (IRİB) ziyarət edib.

Trend-in məlumatına görə, azərbaycanlı jurnalistləri salamlayan IRIB-in baş direktoru Ali Sadiq Müqəddəsi azərbaycanlı həmkarlarını təşkilatda görməkdən məmnunluğunu ifadə edib, İranla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində jurnalistlərin rolunu qeyd edib.

O, Mazandarana səfər edən jurnalistlərə bu məkan barədə dolğun məlumatların çatdırılmasına və bu məlumatların gələcəkdə əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində İranın mədəniyyət və islami irşad nazirliyinin Mazandaran vilayəti üzrə nümayəndəsi Əhəd Cavidani iki ölkə arasında çoxlu oxşarlıqların olduğunu qeyd edərək, əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin olduğunu bildirib.

Sonra Azərbaycandan olan jurnalistlər səfər barədə öz təəssüratlarını bölüşüblər, vilayətlə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi üçün bu səfərlərin vacibliyini vurğulayıblar. Azərbaycanlı jurnalistlər həmçinin İranın KİV nümayəndələrinin, radio-televiziyasının Azərbaycan həqiqətlərinin, xüsusilə Dağlıq Qarabağ problemi ilə bağlı olan həqiqətlərin İran ictimaiyyətinə doğru çatdırılmasının zəruriliyini vurğulayıblar.

Sonda qonaqlara IRIB əməkdaşlarının Mazandaran barədə hazırladığı tanıtım filmi göstərilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO