Azərbaycanın və İranın mediya əməkdaşlığı möhkəmlənir

Azərbaycanın və İranın mediya sahəsindəki əməkdaşlığı iki ölkə münasibətlərinə güclü dəstək olacaq.

SalamNews-un “farsnews”a istinadla verdiyi xəbərə görə, bunu İranın Teleradio təşkilatının Bakıdakı nümayəndəliyinin sədri Əhməd Kazimi ANS telekanalında keçirdiyi görüş zamanı bildirib.

O, rəhbərlik etdiyi nümayəndəliyinin göstərdiyi fəaliyyətlərə işarə edərək bildirib ki, bu fəaliyyətlər iki ölkənın bir-birinə yaxınlaşmasına təkan verəcək. Mediya rəsmilərinin qarşılıqlı səfərlərinin baş tutması İran-Azərbaycan əlaqələrinə kömək edəcək.

İran Teleradio nümayəndəliyi sədri ilə ANS rəhbərliyinin görüşü zamanı, iki ölkə münasibətlərində bədbinlik yaradan mətbuatın mövcud olduğu bildirilib və bu kimi halların qarşısının alınması üçün KİV-lərin birbaşa əməkdaşlığının yüksək əhəmmiyyətə malik olduğu vurğulanıb.

– See more at: http://az.salamnews.org/az/news/read/77798/azerbaycanin-ve-iranin-mediya-emekdashligi-moumlhkemlenir/#sthash.72L9z2Ll.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO