Azərbaycanın görkəmli epiqrafçı alimi Məşədixanım Nemətin 95 illik yubileyinə həsr olunmuş “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı anım tədbiri keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Qadınlar Şurasının təşəbbüsü ilə Azərbaycanın görkəmli epiqrafçı alimi, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin 95 illik yubileyinə həsr olunmuş “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı anım tədbiri təşkil olunub. İlk öncə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək görkəmli epiqrafçı alim M.Nemətin həyat və elmi fəaliyyətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb. Alimin elmi tədqiqatlarının əhəmiyyətini və epiqrafika sahəsindəki nailiyyətlərini vurğulayıb. M.Nemətə dövlətin verdiyi dəyərdən, aldığı mükafatlardan, elmi adlardan danışıb. Qeyd edib ki, M.Nemətin anım tədbirini keçirmək əlamətdar hadisədir. Alimin ən böyük abidəsi onun əsərləridir, Azərbaycanın tarixi coğrafiyasını öyrənmək baxımından önəmlidir. Bu elmi irs gənc epiqrafçılar üçün də məktəbdir və bu şərəfli yol davam etdirilməlidir. Sonra M.Nemətin xatirəsi bir dəqiqəlik süktla yad edilib. Muzeyin Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d., dos. H.Əliyeva “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı slayd-təqdimatla çıxış edib. Alimin həyat və elmi yolundan, əsərlərindən bəhs edib. Sonra tədbirdə iştirak edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Bağırova, Muzeyin şöbə müdiri, t.ü.e.d. Əli Rəcəbli, t.ü.e.d., prof. Abbas Seyidov, t.ü.e.d., prof. Şahin Fərzəlibəyov, Bayraq Muzeyinin direktoru, t.ü.f.d. Könül İmamverdiyeva, AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edib M.Nemət haqqında öz xatirələrini bölüşüblər. Alimin elmi yaradıcılığına nəzər salıb onun epiqrafika sahəsindəki tədqiqatlarından danışıblar. Sonda M.Nemətin qızı, t.ü.e.d. Vəfa Quliyeva çıxış edib, M.Nemətlə bağlı ailə xatirələrindən bəhs edib. Tədbiri təşkil etdiyinə görə muzey rəhbərliyinə öz təşəkkürünü bildirib.

dfsdffdsfs

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO