Azərbaycanın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabah Azərbaycanın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 1-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 6-da aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhərində:

Bayraq meydanından Bibiheybət məscidinədək (Salyan şosesi, əks istiqamətdə) saat 10:00-dan 10:40-dək,

Bakı-Ələt yolunda:

Bakı-Sahil qəsəbəsi yolunda (Ələt istiqamətində) saat 10:30-dan 11:10-dək,

Sahil-Z.Tağıyev qəsəbələrini birləşdirən yolda:

Sahil-Z.Tağıyev yolu (hər iki istiqamətdə) saat 11:00-dan 12:00-dək,

Bakı-Şamaxı yolunda:

Bakı-Şamaxı yolu, Sulutəpə qəsəbəsinədək (Bakı istiqamətində) saat 11:50-dən 12:15-dək,

Bakı-Sumqayıt yolunda:

Bakı-Sumqayıt yolu, Sulutəpə qəsəbəsindən Masazır qəsəbəsinədək (Sumqayıt istiqamətində) saat 12:10-dan 12:25-dək,

Masazır-Novxanı-Sumqayıt yolunda:

Masazır-Novxanı yolu (hər iki istiqamətdə) saat 12:15-dən 12:30-dək,
Novxanı-Sumqayıt dəniz kənarı yolu (hər iki istiqamətdə) saat 12:20-dən 12:45-dək,

Sumqayıt şəhərində:

Azərbaycan, Heydər Əliyev, Cəfər Cabbarlı, Zülfü Hacıyev, Sülh pr-ləri, habelə Üzeyir Hacıbəyov küçəsi ilə Babək pr-nin kəsişdiyi ərazi saat 12:30-dan 14:30-dək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO