Azərbaycanın Almaniyadakı Səfirliyi jurnalist Rasim Əliyevin ölümünün siyasiləşdirilməsini pisləyir

Azərbaycanın Almaniyadakı Səfirliyi jurnalist Rasim Əliyevin ölümünün bəzi dairələr tərəfindən siyasiləşdirilməsini pisləyən bəyanat yayıb.
Bu barədə səfirlikdən Trend-ə verilən məlumatda bildirilir.
Bəyanatda qeyd olunur ki, səfirlik Almaniyada bəzi dairələrin jurnalist R.Əliyevin jurnalist fəaliyyətinə dair düzgün olmayan məlumatlar yaymaqla qətl hadisəsini siyasiləşdirməyə yönəlmiş cəhdlərini pisləyib.
Bəyanatda bildirilir ki, bir insanın faciəvi ölümünü kimlərinsə siyasi məqsədlər üçün reklam kampaniyası kimi sui-istifadə etməsi hər hansı mənəviyyata sığmır. Səfirlik bu hadisənin və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırıb.
Bəyanatda bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının jurnalistin ölümü hadisəsi ilə bağlı gördüyü təcili əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslər istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq prosesi davam edir. Azərbaycan Prezidenti İlham Əliyev istintaqın gedişini nəzarətdə saxlayır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO