Azərbaycanın Almaniyadakı səfirliyi azərbaycanlıların olduğu binada baş verən yanğının səbəblərini araşdırır

Azərbaycanın Almaniyadakı səfirliyi azərbaycanlıların olduğu binada baş verən yanğının səbəblərini araşdırırAzərbaycanın Almaniyadakı səfirliyi yerli hökumət qurumları ilə birgə azərbaycanlı miqrantlar olan binada baş vermiş yanğının səbəblərini araşdırır. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, bu barədə Nazirlik tərəfindən səfirliyə tapşırıqlar verilib.

Qeyd edək ki, Almaniyada azərbaycanlı miqrantların bir qrupunun olduğu qaçqınların yaşadığı binada yanğın hadisəsi baş verib.

Hadisənin Bavariya əyalətinin Noyştad-Valdnabe şəhərində baş verdiyi bildirilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO