Azərbaycandan yalnız BDU dünyanın nüfuzlu universitetləri arasında yer alıb

Azərbaycandan yalnız BDU dünyanın nüfuzlu universitetləri arasında yer alıbBakı Dövlət Universiteti (BDU) növbəti dəfə dünyanın nüfuzlu universitetləri arasında yer alıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, ali məktəblərdə tədrisin keyfiyyətinə görə beynəlxaq “Round University Ranking” (RUR) reytinqində BDU 750 universitet arasında 656-cı olub.

Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində konsaltinq xidmətləri göstərən RUR beynəlxalq təşkilatının reytinqində dünyanın 70-dən artıq ölkəsindən olan 750 universitet tədrisin və tədqiqatların keyfiyyəti, beynəlmiləlçilik, maliyyə davamlılığı kimi 4 qrupda birləşmiş 20 ayrı-ayrı göstəricilər üzrə qiymətləndirilir.

Harvard Universitetinin başçılıq etdiyi ilk onluğa Stanford Universiteti, Çikaqo Universiteti, Kaliforniya Texnologiya İnstitutu (ABŞ), London İmperial Kolleci (Böyük Britaniya), Massaçusets Texnologiya İnstitutu (ABŞ), Kolumbiya Universiteti (ABŞ) , Oksford Universiteti (Böyük Britaniya), Kembric Universiteti (Böyük Britaniya), İsveçrə Federal Texnologiya İnstitutu kimi ali məktəblər daxildir. Reytinq “Thomson Reuters” beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb.

Onu da bildirək ki, Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilən Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitutnun (URAP) bu ilin iyun ayında açıladığı reytinqə görə 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısına Azərbaycan universitetlərindən yalnız Bakı Dövlət Universiteti düşmüşdü. BDU dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşmışdı. URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO