Azərbaycanda vahid IP-xidmət platforması yaradılır

Azərbaycanda IMS-in (IP Multimedia Subsystem) baş stansiyası tikilir. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Stansiya ilin ikinci yarısının əvvəlində istismara veriləcək. IMS platforması respublika ərazisində işə salınmış bütün operator stansiyaları üçün birləşdirici halqa funksiyasını yerinə yetirəcək.

IMS texnologiyası operatorlara müştərilərin dəyişən tələbatlarına çevik reaksiya verməyə və miltimedia xidmətlərinin tətbiqinə ayrılan vaxtın azaldılmasına imkan verəcək. Yeni platforma operatorlara məlumat, səs və multimedianın vahid IP infrastruktur vasitəsilə ötürülməsi xidməti bazasında kompleks xidmət və servislər təqdim etməyə imkan verəcək. Kontentə çıxış genişzolaqlı şəbəkələr vasitəsilə təmin ediləcək.

IMS-in arxitekturası mayın sonuna istismara veriləcək regional DATA-mərkəzinə (Tier3 səviyyəli) əsaslanacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO