Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabatını açıqlayıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabatını açıqlayıb
Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təqdim etdiyi Aralıq Hesabat 01 may–01 sentyabr 2015-ci il dövrünü əhatə edir. Hesabat–İcmal, Ümumi Məlumat, Seçkiqabağı siyasi mühit, Söz və mətbuat azadlığı, Sərbəst toplaşmaq azadlığı, Milli Məclisə seçkilərlə bağlı AVCİYA tərəfindən aparılan sosioloji sorğuların və KİV-in monitorinqinin nəticələri, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, yerli və beynəlxalq müşahidəçilər, seçkilərin monitorinqi bölmələrini əhatə edir. Assosaisiyanın apardığı monitorinq onu deməyə əsas verir ki, parlament seçkiləri ərəfəsində ölkədəki əlverişli ictimai-siyasi mühit, siyasi təşkilatlar arasında keçirilən dialoq, vətəndaş cəmiyyəti institutlarının əvvəlki illərdən fərqli olaraq daha da inkişaf etməsi, söz və mətbuat azadlığı sahəsində vəziyyət beynəlxalq standartlara uyğun olması şəffaf, demokratik seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2003-cü ildə yaradılan Milli Qeyri Hökümət Təşkilatıdır.
AVCİYA Vətəndaş Cəmiyyətinin quruculuğunda ədalətli və şəffav seçkilərin mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq yarandığı gündən seçki prosesində iştirak edir.
AVCİYA Seçki Qərargahı Azərbaycan Respublikası Milli Məclisinə 2015-ci ilin noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı aşağıdakı fəaliyyət həyata keçirmişdir:
– Seçki öncəsi vəziyyətin monitorinqi
– Seçki Admistrasiyasının fəaliyyətinin monitorinqi
– KİV-in monitorinqi və s.

AVCİYA-nın Mətbuat Xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO