Azərbaycanda “Nobel qardaşları” haqqında film çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən qısametrajlı film çəkilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, “Postskriptum” adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayev, operatoru Əli Sultan, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə aktyor Azər Aydəmir baş rolu – Robert Nobeli canlandırır. Həmçinin əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri rol alıb. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO