Azərbaycanda media hələ peşəkarlaşmayıb – Koray Tarqay

Azərbaycanda “Diffamasiya haqqında” Qanun qəbul edilməlidir.

SalamNews xəbər verir ki, bunu ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Bakıda “İnsan hüquqları üzrə islahatlar: Diplomatiya haqqında qanunvericilik” mövzusunda keçirilən “dəyirmi masa”da bildirib.

O deyib ki, ATƏT-in təməlində media və söz azadlığı prinsipi əsas yer tutur. İllərdir bu məsələ Azərbaycanda müzakirə edilir: “Hesab edirəm ki, indi Milli Məclisdə bu barədə ciddi müzakirələr keçirilməlidir. Parlament milli iradəni təmsil etdiyi üçün bu qanunun tənqid edilməsi doğru deyil. Ümid edirəm ki, məsələ ilə bağlı yaxın zamanlarda rəsmi çalışmalara start veriləcək. Azərbaycanda media hələ peşəkarlaşmayıb. Bunu diqqətdə saxlamaq vacibdir.
ATƏT-in Bakı ofisi bu məsələdə istər hökumət, istər Milli Məclis, istərsə də vətəndaş cəmiyyətləri ilə danışıqları davam etdirəcək. Əsas məqsədimiz ATƏT-in prinsipləri əsasında Azərbaycanda mediada söz və ifadə azadlığını təmin etməkdir.”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO