Azərbaycanda elektron xidmət növlərinin sayı artırılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin siyahısına yeniləri əlavə olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”na “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu” məzmunda 24.28-ci və “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” məzmunda 24.29-cu bəndlər əlavə edilib.
Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron xidmət növlərinin Siyahısı”nda yer alan elektron xidmətlərinin sayı 29-a çatıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO