“Azərbaycan uşaq nağılları” kitabı Təbrizdə nəşr olunub

“Azərbaycan uşaq nağılları” kitabı Təbrizdə ərəb qrafikası ilə Azərbaycan dilində nəşr olunub.

SalamNews xəbər verir ki, kitaba “Cirtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Ac qurd”, “Xoruz”, “Loğmanın şagirdi” kimi məşhur milli nağıllar daxil edilib. Uşaqların çox sevdiyi bu nağıllar kitabda rəngli illüstrasiyalarla müşayiət olunur. İki min nüsxə ilə çap edilmiş kitabın sonunda uşaqlara kömək məqsədilə bir sıra sözlərin fars dilində tərcüməsi də yer alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO