Azərbaycan telekanallarında reklamlarla bağlı yeni təkliflər hazırlanır

Azərbaycan telekanallarında reklamlarla bağlı yeni təkliflər hazırlanırAzərbaycan televiziya məkanında qaçan sətrlərin reklamı ilə bağlı yeni təkliflər paketi hazırlanır. Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə artıq işlər gedir və ilin sonuna kimi təkliflərin hazır olması gözlənilir: “Təkliflər bir sıra məsələləri özündə cəmləşdirəcək. Yeni təkliflərə əsasən, qaçan sətirlərin həcmi və hansı verlişlər zamanı yayımlanmalıdır kimi məsələlər müəyyənləşdiriləcək. Çalışacağıq ki, efirdə yayımlanan qaçan sətirlərin reklamı ilə bağlı bütün məsələləri bu paketlərdə cəmləşdirək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO