Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi yeni layihənin icrasına başladı

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi yeni layihənin icrasına başladıAzərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şuasının dəstəyi ilə “Qarabağ bizimdir, bizim olacaq! – gənclərə vətənpərvərlik ruhunun aşılanması, Qarabağ həqiqətlərinin təbliğində gənclərin rolunun artırılması” layihəsinin icrasına başlamışdır. Layihə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri 23 ildir torpaqları işğal altında olan, müharibə şəraitində yaşayan Azərbaycan gəncinin milli vətənpərvərlik ruhda tərbiyyəsindən, gələcəyin əsgərləri olacaq bu gənclərin vətənə məhəbbət hisslərinin artırılmasından və Qarabağ həqiqətlərinin yayılmasında aktiv iştirak edən gənc kimi yetişmələrinə ictimai dəstək verilməsindən ibarətdir. Layihə çərçivəsində Azərbaycan Respublikasının milli rəmzlərinin siyasi və mənəvi mənaları, Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin qəhrəmanlıq nümunələri təbliğ ediləcək, gənclər Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalı, tarixi faktlar, Beynəlxalq Təşkilatların bu münaqişəyə reaksiyası, yanaşma və qəbul edilmiş qətnamlər, Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının qanunu və ölkəmizdə hərbçilər üçün mövcud sosial təminatlar barədə məlumatlandırılacaq, Azərbaycanın milli-mədəni irsi və tarixinə ekskurs ediləcəkdir.
Layihədə “Qarabağ carçıları” adlı gənc təbliğatçılar qrupunun yaradlması və onların Qarabağ həqiqətlərinin təbliğində rolunun artırılması istiqaməti də nəzərdə tutulmuşdur.

MƏTBUAT XİDMƏTİ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO