Azərbaycan Çində “Bir kəmər – Bir yol” qlobal ticarət palataları və assosiasiyaları konfransında təmsil olunub

Çinin paytaxtı Pekində “Bir kəmər – Bir yol” qlobal ticarət palataları və assosiasiyaları konfransı (GCCAC) keçirilib.

AZƏRTAC xəbər verir ki, yüzdən çox ölkədən dövlət qurumlarının, ictimai təşkilatların, ticarət və sənaye palatalarının, biznes assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan da təmsil olunub.

Tədbirin “Çin – Avropa və Amerika Sənaye İnvestisiya Forumu”nda çıxış edən ölkəmizin Çindəki səfirliyində ticarət nümayəndəsi Teymur Nadiroğlu “Azərbaycanın təhlükəsiz biznes mühitində əldə etdiyi uğurlar və investisiya imkanları” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycan “Bir kəmər – Bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi, o cümlədən tranzit-logistika imkanları ilə strategiyanın həyata keçməsinə töhfələr verir. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələrin “Bir kəmər – Bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.

Ticarət nümayəndəsi Azərbaycanda investorlar üçün yaradılmış əlverişli biznes mühitindən danışaraq, son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulduğunu diqqətə çatdırıb.

Konfrans çərçivəsində keçirilən investisiya sərgisində Azərbaycan stendinə baş çəkənlərə ölkəmizin əlverişli biznes və sərmayə mühiti, xarici investorlar üçün təklif edilən imtiyazlar, sənaye parkları haqqında geniş məlumat verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO