Azərbaycan avtomobil idxalını xeyli azaldıb

2015-ci ilin yanvar-mart aylarında Azərbaycana 10 035 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 22 511 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

İdxal edilən avtonəqliyyat vasitələrinin 9 256 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin I rübündə bu göstərici 20 305 ədəd təşkil edib.

Bundan başqa, yanvar-mart aylarında ölkəyə 500 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin analoji dövründə 1952 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycana 63 368, 2013-cü ildə isə 104 385 avtonəqliyyat vasitəsi idxal edilmişdi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO