AYB-nin yubileyi ilə bağlı tədbirlərə sabah start veriləcək

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyinə dünyanın 30-dək ölkəsindən nümayəndələr gələcək. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar keçirdiyi mətbuat konfransında bildirib.
AYB-nin yubileyi ilə bağlı tədbirlərə sabah start veriləcək. Səhər birlik üzvləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra Bakıda “Sərhədsiz söz” III Beynəlxalq Yazıçılar Forumu başlayacaq. Dekabrın 16-da isə Gənc Tamaşaçılar Teatrında birliyinin 75 illik yubileyi təntənəli qeyd ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO