Avstriya Azərbaycanla əmtəə dövriyyəsinin artırılmasında maraqlıdır

Avstriya Azərbaycanla əmtəə dövriyyəsinin artırılmasında maraqlıdır.
Trend-in məlumatına əsasən, bunu Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumunda Avstriyanın elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadett Qirlinqer deyib.
B.Qirlinqer bildirib ki, son illər ölkələr arasında əmtəə dövriyyəsi yüksək sürətlə inkişaf edir və Azərbaycan kimi inkişaf etmiş bazarla əlaqələrin genişləndirilməsi Avstriya üçün çox vacib məsələdir.
Nazirin sözlərinə görə, ölkələr arasında əsas əməkdaşlıq istiqamətləri İKT, energetika və alternativ enerji mənbələri, həmçinin turizm və kənd təsərrüfatı sahələridir: “Artıq İKT sahəsində bir sıra layihələri müəyyənləşdirmişik və bu layihələri birgə işçi qrupunun sessiyasında müzakirə edəcəyik. Daha sonra saziş və memorandumun imzalanması planlaşdırılır. Həmçinin ümid edirik ki, yaxın gələcəkdə kənd təsərrüfatı, aviasiya və maliyyə sahələrində də sazişlər imzalanacaq”.
O, həmçinin Azərbaycanda Avstriya şirkətlərinin sayının artırılması ilə bağlı planları da qeyd edib: “Hazırda Azərbaycanda bir neçə Avstriya şirkəti fəaliyyət göstərir, lakin şirkətlərin sayını artırıb, onlara yeni imkanlar təqdim etmək yaxşı olardı”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO