“Avropalı olmaq Azərbaycandan keçir “

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Fransanın məşhur L`OBS Le Plus jurnalında “Avropalı olmaq Azərbaycandan keçir” başlıqlı maraqlı məqalə dərc olunub.
Şuradan Trend-ə verilən məlumata görə, yazıda Azərbaycanın regionda oynadığı mühüm roldan, mədəni dəyərlərindən, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs olunur.
Qeyd olunur ki, ilk dəfə Azərbaycanda keçiriləcək bu Oyunlar Avropada yeni gənc nəslin formalaşmasına müsbət təsir göstərəcək.
Bundan başqa, bildirilir ki, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşən Azərbaycan son illərdə mühüm tədbirlərə ev sahibliyi edib.
Bundan başqa, qeyd olunur ki, populizm və ekstremizmin artdığı Avropada siyasi sistemlərin sabitliyinin sual altına düşdüyü bir vaxtda Azərbaycandan tolerantlığı öyrənməyə ehtiyac var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO