“Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı “

"Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı"Naxçıvan Dövlət Universitetinin prorektoru, Əməkdar Elm Xadimi Hüseyn Həşimlinin “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı” monoqrafiyası filologiyamızdakı mövcud boşluğun aradan qaldırılmasına uğurla xidmət göstərir. Akademik İsa Həbibbəylinin elmi redaktoru olduğu 444 səhifəlik bu fundamental tədqiqatda Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrların təşəkkülü, inkişaf problemləri, poetika və tipologiyası hərtərəfli şəkildə araşdırılıb.
H.Həşimli 10 ildən artıq bir müddətdə bu mövzuda apardığı tədqiqatın nəticəsi olaraq indiyədək Bakıda 6, Türkiyədə 2 kitab, həmçinin Azərbaycanda, eləcə də Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, İran və sair ölkələrin nüfuzlu jurnallarında müxtəlif dillərdə yüzdən çox elmi məqalə nəşr etdirib. Adıçəkilən monoqrafiya isə çoxillik araşdırmaların məntiqi yekunudur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO