AVCİYA və Avropa İttifaqı nümayəndələri görüşdülər

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Parlament seçkiləri ilə əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirmək məqsədilə görüşləri davam etdirir.

AVCİYA-nın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, növbəti görüş qurumun Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Siyasi Məsələlər üzrə Mütəxəssisi Manfredas Limantas arasında keçirilib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, beynəlxalq təşkilatlarla əməkdaşlıq, seçki qanunvericiliyi, Venesiya Komissiyasının təklifləri, AVCİYA Seçki Qərargahını Parlament seçkiləri ilə əlaqədar gördüyü işlər müzakirə edilib. Həmçinin assosiasiyanın regional ofislərinin fəaliyyəti ilə də bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin təşkili məsələləri barədə razılıq əldə olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO