AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fəaliyyətini genişləndirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 09 fevral 2020-ci il Milli Məclisə  növbədənkənar  seçkilərin ölkə üzrə  monitoriniqini həyata keçirir. Assosiasiya bununla əlqədar  FƏALİYYƏT PROQRAMI əsasında mərhələlərlə aşağıdakı işləri həyata keçirir:

  • AVCİYA-nın regional ofislərinin yenidən təşkili;
  • Seçkiqabağı siyasi mühitin monitorinqi;
  • “Seçki məcəlləsi”nə dəyişiklərlə bağlı tövsiyələrin hazırlanması;
  • Parlament seçkilərinə aid beynəlxalq təcrübənin öyrənilməsi;
  • Söz və mətbuat azadlığı monitorinqi;
  • Parlament seçkilərinə aid qanunvericilik bankının yaraldılması;
  • KİV-in monitorinqi;
  • Sərbəst toplaşmaq azadlığının monitorinqi;
  • Namizədlərin irəli sürülməsi, qeydə alınması prosesinin müşahidəşi;
  • Seçici siyahılarının monitorinqi;
  • Təbliğat və təşviqat kampaniyasının müşahidəsi;
  • Seçki administrasiyasının fəaliyyətinin monitorinqi;
  • Broşura və bülletenlərin hazırlanması və yayılması;
  • Regionlarda seçici fəaliğının artırılması üçün maarifçilik işlərinin təşkili;
  • Seçki günü məntəqələrdə seçki prosesinin müşahidəsinin təşkili;
  • Seçkidən sonra ilkin rəyin açıqlanması;
  • AVCİYA Seçki Qərargahının  fəaliyyəti ilə  bağlı KİV-ə mütəmadi məlumatlar verilməsi və s.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)  2004-cü ildən başlayaraq hazırki dövrə qədər keçirilmiş bütün seçkilərin və referndumun monitorinqini təşkil edib. AVCİYA seçkilərin şəfaf keçirilməsinə yardım etmək  məqsədilə  bu günə kimi bir sira metodik vəsait və 20 kitabça nəşr etdirib. Milli Məclisə  növbədənkənar  seçkilərlə bağlı müşahidəçilər üçün yaddaş kitabçasının nəşri də nəzərdə tutlur. AVCİYA seçki ərəfəsi FƏALİYYƏT PROQRAMI əsasında gördüyü işlərlə bağlı Aralıq Hesabatın  təqdimatını da keçirməyi planlaşdırır. 

AVCİYA     Seçki Qərargahı

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO