AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Şamaxıda seminar keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı  bələdiyyə seçkiləri ilə əlaqədar növbəti seminarı Şamaxıda keçirib. Tədbirin başlanğıcında müşahidəçilərə AVCİYA-nın  hazırladığı “ Müşahidəçilər üçün Yaddaş Kitabçası” təqdim olunub. Seminar seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsi məqsədilə keçirilib.

Tədbirdə AVCİYA Seçki qərargahının rəhbəri, t.ü.e.d., professor Məhərrəm Zülfüqarlı geniş məruzə ilə çıxış edib. O, seminar iştirakçılarına bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyələrin cəmiyyətdəki hazırkı durumu, bələdiyyələrin qanunvericilik bazası, yerli özünüidarə sahəsində  beynəlxalq təcrübə, Azərbaycanda bələdiyyə institutunun keçdiyi tarixi yol və digər məsələlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Seminarda həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçıları  məlumatlandırıb. Bundan başqa seminar iştirakçılarına ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini zəruri edən səbəbər də izah olunub.

Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, Respublikada bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.                                                            

AVCIYA Seçki Qərargahı

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO