ATXƏM jurnalistlər üçün müsabiqə elan edir

Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı jurnalistlər arasında “Müasir Azərbaycanın inkişafında və Türk dünyasının inteqrasiyasında Heydər Əliyevin rolu” mövzusunda yazı müsabiqəsi elan edib.

SalamNews xəbər verir ki, müsabiqənin nəticələrinə görə I, II və III yerləri tutan jurnalistlərə diplom və pul mükafatları təqdim olunacaq.

Bundan əlavə, jurnalistlər üçün həvəsləndirici mükafatlar da nəzərdə tutulub.

Müsabiqədə 2013-cü ilin aprel ayının 1-dən 30-dək olan müddətdə KİV-lərdə gedən yazılar iştirak edə bilər.

Yazılar yazılı və elektron formada təqdim edilməlidir.

Mükafatlar “3 may Türkçülük günü” ərəfəsində ATXƏM-in təşkil etdiyi ziyafətdə təqdim olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO