ATV əməkdaşlarının Yasamal Komissarlığında döyülməsi faktı üzrə iş Hərbi Prokurorluğa göndərildi

ATV əməkdaşlarının Yasamal Komissarlığında döyülməsi faktı üzrə iş Hərbi Prokurorluğa göndərildi“Azad Azərbaycan” Televiziya və Radio Şirkətinin müxbiri Zaur Zahidoğlu və şirkətin operatoru Ramin Şahbazovun iyulun 1-də Yasamal Rayon Hərbi Komissarlığında döyülməsi ilə bağlı polis araşdırmasının nəticələri Hərbi Prokurorluğa göndərilib.

Məlumat “Media forum” saytına “Azad Azərbaycan” Televiziya və Radio Şirkətindən verilib.

Məlumatda Zaur Zahidoğlu və Ramin Şahbazovun bədənlərində ağrılar hiss etdikləri üçün yenidən fərdi qaydada həkimə müraciət etdikləri də bildirilib. Onlar xüsusilə baş-beyin nahiyəsindəki ağrılardan şikayətlənirlər. Şirkətin əməkdaşları hərbi komissarlıqda orduya çağırışla bağlı süjet hazırladıqları vaxt döyülüblər. Hadisədən sonra “Azad Azərbaycan”ın rəhbərliyi Müdafiə Nazirliyinə müraciət edərək işin araşdırılmasını istəyib. İyulun 1-də Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə şikayət verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO