ATƏT Evloyevin ölümünü Politkovskayanın qətli ilə müqayisə edib


Hüquq müdafiəçisinin fikrincə, bu olay «regionda yeganə tənqidi səsi» məhv etmək məqsədilə İnquşetiya hakimiyyətinin başladığı kampaniyanın kulminasiya nöqtəsidir. ATƏT nümayəndəsi Rusiya hakimiyyətindən Evloyevin qətlinin əsaslı surətdə araşdırılmasını və cinayətlə əlaqəsi olan bütün şəxslərin cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, Evloyev avqustun 31-də cinayət işlərinin biri ilə bağlı şahid qismində istintaqa ifadə vermək üçün Nazrana aparılarkən qətlə yetirilmişdir. Rəsmi versiyaya görə, jurnalist onu müşaiyət edən milisionerdən silahı almağa cəhd edərkən təsadüfən başından ölümcül güllə yarası almışdır. İnquşetiya müxalifətinin nümayəndələri isə onun ölümünü qabaqcadan planlaşdırılmış siyasi qətl hesab edirlər.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO