Atilla Sertel: “Jurnalistlərə qarşı sərt təpki var ”

“2012-ci ildə dünyada 108 jurnalist öldürülüb/ Bu əsəaəsn Somali, Misir və digər ölkələrdə olub. 2013-cü ildə isə 139 jurnalist qətlə yetirilib. Bu da onu göstərir ki, jurnalistlərə qarşı sərt təpkilər var”.

Modern.az xəbər verir ki, bunu Türkiyə Jurnalistlər Federasiyasının prezidenti Atilla Sertel Bakıda keçirlən IV Bakı Beynəlxlaq Humanitar Forum çərçivəsində “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı dəyirmi masada deyib.
“Heç bir insan anasız, atasız böyüməməlidir. Heç bir ölkə bir-birinə qarşı kin, nifrət bəsləməməlidi. Bu həm də jurnalistikanın əsas qanunlarından biri olmalıdır. Bu gün bizim səhvlərimiz gələcək üçün bir sınaqdır”.

A. Sertel qeyd edib ki, jurnalistikaın ən böyük problemi azadlıqdır. Təəssüf ki, bu problem bir çox ölkələrdə yaşanır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO