Assosiasiyanın beynəlxalq jurnalı çıxıb

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının dünya mədəniyyəti və sivilizasiyası məsələlərinə həsr olunmuş “Simurq” Beynəlxalq kulturoloji jurnalının növbəti nömrəsi çapdan çıxıb. Bu barədə qhtxeber.az-a Assosiasiyanın prezidenti Fuad Məmmədov məlumat verib. Onun sözlərinə görə, nömrə “Kulturologiya və Azərbaycanda insan kapitalının inkişafı” birinci Bakı kulturoloji konfransına təqdim edilmiş məruzələrin bir qismindən ibarətdir.
Burada kulturologiyanın nəzəri və metodoloji problemləri, həmçinin respublikada ruhi və maddi mədəniyyətin – elm və texnologiyalar, təhsil və tərbiyə, incəsənət və mədəni irs, ailə mədəniyyəti, gənclərin, qadınların və uşaqların inkişafı, siyasət və idarəetmə, iqtisadi, informasiya, tibbi və ekoloji mədəniyyət kimi sahələrinin inkişafı haqqında universal kulturoloji bilikllər əks olunub.
Qeyd edək ki, jurnalda həmin konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti də dərc olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO