Ağsaqqal Jurnalistlər Məclisi birmənalı qarşılanmır

Aqil Camal: “Sovet dövründə yaşamış, praktiki işi həmin dövrə aid olan jurnalistlər müasir mediaya nə verə bilər?”
Ceyhun Musaoğlu: “Mətbuat Şurası Ağsaqqallar Məclisini təsis edərkən mətbuata artıq müasir texnologiyaların tətbiqi olunduğunu nəzərdən qaçırmamalıdır”
Vüsalə Rüstəmova: “Sovet dövrünün jurnalistikasının prinsipləri başqadır, indiki jurnalistikanın prinsipləri tamam başqadır”

Müşfiq Abdulla

Mətbuat Şurası nəzdində Ağsaqqal Jurnalistlər Məclisinin yaradılıb. Bu barədə məlumat verən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ömür-günün milli jurnalistikaya, onun mütərəqqi ənənələrinin davam və inkişafına sərf edən bu insanların potensialından istifadə çağdaş mediamızın aktual vəzifələrindəndir: “Mətbuat Şurası yarandığı gündən onların yanında olub. Zəngin təcrübələrinin öyrənilib tətbiqinə, qayğı və problemlərinin həllinə köməyini əsirgəməyib. Bu məqsədlə anım və yubiley tədbirləri keçirilib. Bu ənənənin dah da sistemli olmasına çalışırıq. Buna görə də belə bir məclisin yaranmasını zəruri say Hesab edirik ki, ağsaqqal jurnalistlərin təşki latlanması mövcud istiqamətdə önəmli həlqələrdən biri olacaq”.
Bəs gənc jurnalistlər ağsaqqal həmkarlarından nə gözləyirlər? Bununla bağlı daha ətraflı məlumat almaq üçün jurnalistlər arasında sorğu keçirdik.
“Türküstan” qəzetinin əməkdaşı Aqil Camal bu təşəbbüsə qarşı olmadığını bildirdi. Amma onun fikrincə, Ağsaqqal Jurnalistlər Məclisi müasir dövrün tələblərinə cavab verməlidir: “Əgər Avropaya inteqrasiya ediriksə, həmin məkanda da belə qurumların olub-olmadığını nəzərə almalıyıq. Ağsaqqallar Məclisi kimi qurumlar adətən tarixdə olub və qalıb. İlk növbədə, fikirləşməliyik ki, Ağsaqqallar Məclisinin funksiyası nə olacaq? Əgər söhbət media ilə bağlı problemlərin həllindən gedirsə, bununla məşğul olan Mətbuat Şurası var, onun bir neçə komissiyası var. Bundan başqa, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu da yaradılıb. Mən çox istərdim ki, bu təşəbbüsün əsasında çox ciddi arqumentlər dayansın. Mən həmin Ağsaqqallar Məclisinin nə iş görə biləcəyini təsəvvürümə gətirə bilmirəm. Digər tərəfdən, Ağsaqqalar Məclisinə toplanan jurnalistlər həyatının çox hissəsini Sovet dövründə yaşamış, praktiki işi həmin dövrə aid olan jurnalistlərdir. Onlar müasir mediaya nə verə bilər? Biz onlardan hansı təcrübəni götürə bilərik? Mən bu qurumun fəaliyyətində böyük bir irəliləyişin olacağını gözləmirəm”.
“Ədalət” qəzetinin müxbiri Ceyhun Musaoğlu hesab edir ki, ağsaqqallıq institutunun yaradılması hər bir cəmiyyət üçün normal haldır. Bununla yanaşı, Azərbaycan Mətbuat Şurası Ağsaqqallar Məclisini təsis edərkən mətbuata artıq müasir texnologiyaların tətbiqi olunduğunu nəzərdən qaçırmamalıdır: “Bizim elə ağsaqqala ehtiyacımız var ki, o yeni yolu göstərə bilsin. Ağsaqqallar Məclisində təmsil olunanlar isə Sovet dövrünün jurnalistləridir. Həmin illər isə qapalı dövr idi. Belə dövrdə açıq jurnalistika ola bilməz. Mən kitabxanada 1964-cü ildə nəşr olunmuş qəzetdən donuz saxlayan qadının Brejnevə məktubunu oxudum. O yazır ki, Leonid İliç, sizin sayənizdə biz donuzdan bu qədər bala almışıq. Yaxud sağıcılıra əlləri qızıl deyirdilər. Belə ifadələr müasir jurnalistikada yoxdur. Ağsaqqallar Məclisinin yaradılmasına etiraz etmirəm. Bu mənəvi baxımdan, bizə dəstək ola bilər, amma praktiki baxımdan mümkün deyil. Sadəcə olaraq, o mənə yeni heç nə öyrətməyəcək”.
“Bizim Yol” qəzetinin müxbiri Vüsalə Rüstəmova da hesab edir ki, Ağsaqqal Jurnalistlər Məclisinin yaradılmasına ehtiyac yoxdur. Çünki adıçəkilən qurumun yaradılması mətbuatın problemlərini həll etməyəcək: “Sovet dövründən qalmış insanlar müasir jurnalistlərə nə öyrədə bilərlər? Sovet dövrünün jurnalistikasının prinsipləri başqadır, indiki jurnalistikanın prinsipləri tamam başqadır”. Ərdoğan Azərbaycana gəlir
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç APA-ya açıqlamasında səfərin ilin sonuna kimi baş tutacağını bildirib. Səfərin məqsədi Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması ilə əlaqədar geniş tərkibli Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin Bakıda keçiriləcək görüşündə iştirak etməkdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO