SSRİ-də bu yeniliyi qiymətləndirdilər – 80-cı illərin ortalarında keçirilən sosioloji tədqiqatlar göstərdi ki, «Amerikanın səsi»nə hər gün otuz milyona yaxın sovet dinləyicisi qulaq asır. Sovet İttifaqının süqutundan sonra «Amerikanın səsi» yayımının həcmini kəskin surətdə azaltdı. Hal-hazırda onun proqramlarını sutka ərzində yalnız üç saat qəbul etmək olar və bunun da bir saatı dünənkinin təkrarına ayrılır. 2007-ci ildə rus dilində yayım tamamilə dayandırılacaq. Bunu radiostansiyanın maliyyələşməsini həyata keçirən Amerikanın hökumət təşkilatı olan Yayımın idarə şurasının (Broadcasting Board of Governors) rəsmi press-relizindən görmək olar. Alban, Bosniya, Makedoniya, Serb redaksiyaları da ixtisara düşəcək, hindi dilində radio yayımı dayandırılacaq. Bununla belə, bu dillərdə teleproqramların yayımı davam edəcək. «Amerikanın səsi»nin proqramm siyasətindəki dəyişikliklər maliyyə qıtlığı ilə bağlı deyil. «Broadcasting & Cable»nin açıqlamasına görə, «Amerikanın səsi»nin proqramm şəbəkəsindəki dəyişikliklər prioritetlərin dəyişməsi ilə izah olunur – yayımçı soyuq müharibə alətindən beynəlxalq terrorizmə qarşı mübarizə vasitəsinə çevrilir. Dəyişikliklər nəticəsində artıq qalan vəsaitlər yayımın Yaxın Şərq ölkələrinə genişləndirilməsinə yönəldiləcəkdir. İndi xaricə yayımın beynəlxalq terrorizmlə mübarizədə effektivliyi əsas fəsad təşkil edir. Müsəlmanlar «düşmənlərin səslərinə» bir zaman sosialist ölkələrinin onların özlərinə qulaq asdıqları kimi diqqətlə qulaq asacaqlarmı? Yoxsa Avropa və Amerika əbəs yerə pul xərcləyirlər?
Andrey Lomkin
|