Argentina mətbuatı erməni vəhşiliyindən yazıb

Azərbaycanın Argentinadakı səfirliyindən daxil olan məlumata görə, üz qabığında Bakının “İçərişəhər” metro stansiyası ilə “Köhnə Qala” divarlarının kəsişdiyi fotoşəkil yerləşdirilmiş “İmagen Diplomatica” jurnalının sonuncu nömrəsi “Azərbaycan – qədim tarixin müasirliklə qovuşduğu nöqtə” (Azerbaiýan – punto de confluencia de la historia antigua con la modernidad) adlanır. Jurnalda Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin cari ilin fevral ayında Argentinaya səfəri, bu çərçivədə təşkil olunmuş görüş və tədbirlər, ümumilikdə ölkəmizin həqiqətləri, tarixi-mədəniyyət irsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin sosial-iqtisadi inkişafı, Argentina ilə əməkdaşlığı, habelə cari ildə Buenos-Ayresdə qeyd olunmuş Azərbaycanın Respublika Günü, ölkəmizin 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirakını əks etdirən məqalələr dərc olunub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, “Azərbaycan Buenos-Ayresdə təqdim olunur” (Azerbaiýan se muestra en Buenos Aires) adlanan “Revista Placet Diplomatica” jurnalının bu nömrəsinin də üz qabığında Aydın Əliyevin Argentinaya səfəri çərçivəsində Buenos-Ayresdə təşkil olunmuş “Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından” adlı sərginin açılış mərasiminin, eləcə də ölkəmizin müxtəlif görməli yerləri ilə bağlı fotoşəkillər yerləşdirilib. Jurnalda Argentina-Azərbaycan əməkdaşlığı, Azərbaycan haqqında ətraflı məlumatlar, xüsusilə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, ölkəmizin tərəqqisi və digər həqiqətlərinə dair geniş məqalə verilib.

“İmagen Diplomatica” və “Revista Placet Diplomatica” jurnallarının populyarlığını və geniş oxucu kütləsinə malik olmasını nəzərə alaraq bu nəşrlər Azərbaycanın Argentinada təbliği üçün böyük əhəmiyyət daçıyır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO