Araşdırmaçı jurnalistlərə yardım üçün sayt açıldı

Regional Araşdırmacı Jurnalistika Məktəbinin (RSIJ) veb-saytının – “investigator.az” səhifəsi fəaliyyətə başlayıb. Üç dildə (Azərbaycan, Rus və İngilis) fəaliyyət göstərən sayt Azərbaycanda araşdırmacı-jurnalistlər üçün bu qəbildən birinci və yeganə internet resursdur.

Saytda jurnalist araşdırmalarının hazırlanması üçün tədris və praktiki vəsaitlər yerləşdirilib. O cümlədən, “treninq” bölməsi üç alt-bölməni özündə birləşdirir: “dərsliklər”, “treninq materialları” və “yeni texnologiyalar”. “Dərsliklər” bölməsində jurnalistlər araşdırmaların aparılması üzrə populyar ədəbiyyat və praktiki vasitələrlə tanış ola biləcəklər. Burada Mark Li Hanter (INSEAD Sosial innovasiyalar mərkəzi) və Tom Hayneman kimi məşhur müəlliflərin təqdimatları və kitabları yerləşdirilib.

Eyni zamanda, sayt jurnalistlərin vahid şəbəkəyə birləşdirilməsi alətinə çevriləcək. Bu şəbəkə nəinki Azərbaycan jurnalistlərini, həmçinin digər region ölkələrini də əhatə edəcək. Bundan başqa, “beynəlxalq” bölməsində ziyarətçilər araşdırma jurnalistikası sahəsində beynəlxalq təşkilatlar, bu mövzusuda xaricdə çap olunmuş məqalələr, məşhur araşdırmacı-jurnalistlər haqqında məlumat ala, həmçinin “səs-küylü” araşdırmaların müəllifləri ilə müsahibələri oxuya biləcəklər.

Həmçinin, yeni sayt jurnalistlər arasında jurnalistikanın bu və ya digər məsələləri, və ümumilikdə, araşdırmacı jurnalistika haqqında, müzakirələr və fikir mübadiləsi üçün virtual məkana çevriləcək. Burada həmçinin jurnalistlər informasiyaları, xəbərləri və məlumatları mübadilə edə biləcəklər.

Ən əsası, “investigator.az” zaman keçdikcə ən keyfiyyətli jurnalist araşdırmaları yığılmış vahid kataloqa çevriləcək. Bura həm Azərbaycanda, həm də RSIJ üzvü olan jurnalistlərin təmsil etdiyi ölkələrdə çap edilmiş araşdırmalar aiddir.

Regional Araşdırmacı Jurnalistika Məktəbi (layihəsi “Acıq Cəmiyyət İnstitutu”nun maliyyələşdirdiyi “İctimai vəsaitlərin şəffaflığı və Media” proqramı çərçivəsində reallaşıb. Araşdırmaçı jurnalistlərin veb-saytının yaradılmasında məktəb üzvləri iştirak edib. Layihənin koordinatoru, “Exo” qəzetinin əməkdaşı Cavid Xəlilov qeyd edir ki, “investigator.az” veb-saytı nəinki araşdırmacılar, həmçinin bütün jurnalistlər üçün çox faydalı resursa çevriləcək. İndiyə kimi nəinki Azərbaycanda, hətta bütün region ölkələrində araşdırmacı jurnalistikaya hesablanmış internet resurs olmayıb. Odur ki, “investigator.az” resursunun yaradılması onun bütün imkanları ilə birlikdə ölkədə araşdırmacı jurnalistikanın inkişafına təkan verəcəyi gözlənilir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO