ARAŞDIRMAÇI JURNALİSTLƏR MÜKAFATLANDIRILIB

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun ofisində Regional Araşdırmaçı Jurnalistika Məktəbi çərçivəsində araşdırma aparmış jurnalistlərin mükafatlandırma mərasimi keçirilib. “Media forum”a verilən məlumata görə, Azərbaycandan bu məktəbə Nicat Dağlar, Fərəh Sabirqızı, Səadət Akifqızı, Cavid Xəlilov və Rəna Allahverdiyeva seçilib.

Məktəbin təşkilatçıları yazıların qiymətləndirilməsinə ilk dəfə olaraq jurnalistlərin özlərini də cəlb ediblər. Hər bir müəllif öz həmkarının apardığı araşdırmaya xüsusi tərtib olunmuş kriteriyalar əsasında bal verib. Sonda ekspertin verdiyi qiymətlər toplanıb.

Nicat Dağların Azərbaycan Dövlət Neft Şirkətinin xarici ölkələrdəki fəaliyyətinə dair araşdırması birinci yerə layiq görülüb. Ümumi ballara görə, Fərəh Sabirqızı ilə (“Dövlətin təbliğatına sərf olunan vəsaitlər”) Səadət Akifqızı (“Pulsuz verilməli olan onkoloji dərmanlar”) müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.

Cavid Xəlilovun mənzil- istismar sahələrinə ayrılan vəsaitlərlə bağlı apardığı araşdırma dördüncü, Rəna Allahverdiyevanın təhsilin səviyyəsi və mövcud problemləri əhatə edən yazısı isə beçinci olub.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO