APA və mail.ru şirkətləri əməkdaşlıq haqqında müqavilə imzaladılar

“Azəri-Press” İnformasiya Agentliyi (APA) və Rusiyanın mail.ru şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, APA informasiya agentliyi və “APA Group”a daxil olan vesti.az informasiya agentliyi mail.ru” saytının xəbər bölümünü Azərbaycanla bağlı xəbərlərlə təmin edəcək.

Qeyd edək ki, mail.ru şirkətinin Azərbaycan üzrə regional partnyoru “New Media” şirkətidir.

Azəri-Press Agentliyi (APA) 2004-cü ildə yaranıb. Agentlik Cənubi Qafqazın lider xəbər şirkətləri sırasındadır, Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər yayımı ilə məşğuldur.

“APA Group”a lent.az, vesti.az, apasport.az informasiya agentlikləri və “Ekonomist” jurnalları daxildir.

“New Media” şirkəti isə 2009-cu ilin iyul ayından fəaliyyətə başlayıb. Reklam verənlərə media planlama və satınalma üzrə xidmətlər göstərir.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO