APA İlin Agentliyi seçildi

«Azeri Business Award» mükafatının təqdimetmə mərasimi keçirilib

Bakı şəhərinin «Buta Palace» Sarayında «Azeri Business Award» biznes sahəsində Milli Mükafatın 2009-cu ilin yekunları üzrə laureatlara təqdimetmə mərasimi keçirilib.

«APA-ECONOMICS»in məlumatına görə, ictimai institut olan «Azeri Business Award» Milli Mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. «Azeri Business Award» Milli Mükafatının təsisçisi Azərbaycanın aparıcı işgüzar nəşrlərindən olan «Business Time» jurnalıdır.

«Azeri Business Award» hər ilin yekunlarına görə milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Laureatların müəyyənləşdirilməsində əsas amil kimi namizədin biznesinin artım tempi götürülür. Mükafatın laureatları iki kateqoriya üzrə – fərdi və korporativ nominasiyalarda müəyyənləşdirilir.

Mükafatın əsasnaməsinə uyğun olaraq, təqdimat mərasimindən əvvəl «Azeri Business Award» lauratlarının Nailiyyətləri Sərgisi təşkil olunub. Sarayın foyesində laureat-şirkətlərin stendlərində yerli bazarda təklif olunan məhsulların geniş çeşidləri nümayiş etdirilib. Ötən il ərzində yerli bazara təqdim olunmuş yeni məhsullar qonaqların xüsusi marağına səbəb olub.

Sərgi başa çatdıqdan sonra Mükafatın 2009-cu il üzrə laureatlara təqdim olunması mərasimi keçirilib. Türkiyə və Qazaxıstanın Azərbaycandakı səfirləri, eləcə də respublikanın işgüzar dairələrinin tanınmış nümayəndələri təqdimat mərasiminin qonaqları sırasında yer alıb. Mərasim ölkənin aparıcı teleradio şirkətləri və digər elektron KİV-lərin jurnalıstləri tərəfindən işıqlandırılıb.

Mükafatın 2009-cu il üzrə laureatları:

Nominasiyalar
Laureatlar

Ticari-iqtisadi əlaqələrin inkişafına töhfəsinə görə
Boris Petroviç Klimçuk,
Ukraynanın Azərbaycandakı səfiri

İlin iş adamı. Hüquq xidmətləri
Camal Bağırov,
BM şirkətinin baş partnyoru

İlin iş adamı. İnşaat sektoru
Rövşən Məmmədli,
«Azeri Construction» şirkətinin prezidenti

İlin arxitektoru
Elbəy Qasımzadə,
«EL&EN» şirkətinin prezidenti

İlin bankiri
Endryu Pospielovski,
«AccessBank» ASC-nin baş meneceri

Biznes Ledi
Fatimə Aslan,
ATTAS və «Anglo-American Business Services» şirkətlər qrupunun direktoru

İlin iş adamı. Dizayn və dekorasiya
Durmuş Sadıxov,
«Arxmodul» firmasının direktoru

İlin biznes lideri
«Azercell Telecom»

Şəhərin nəqliyyat infrastrukturunun inkişafına töhfəsinə görə
«Azertunelmetrotikinti»

Kimya sənayesinin inkişafına töhfəsinə görə
«AzMeSo»

Bank məhsullarında innovasiyaların fəal tətbiqinə görə
«AGBank»

Otel biznesinin yüksək standartlarına uyğunluğuna görə
«Days Hotel»

Texnologiya lideri
«Azerfon-Vodafon»

İnşaat sahəsində innovasiyaların tətbiqinə görə
«Avangard-Baku»

Nüfuz və Etimad
«İKMA Servises»

Milli ənənələrin və koloritin təbliğinə töhfəsinə görə
«M’Studio»

Mədəni və sosial layihələrin reallaşdırılmasında fəal iştirakına görə
«AirMed»

İnsan resurslarının inkişafına töhfəsinə görə
«Allianz Group»

İlin Televiziya və Radio şirkəti
İctimai Televiziya və Radio Yayımları Şirkəti

İlin brendi
«BlackBerry»

İlin turizm agentliyi
«SW Travel»

İlin Universiteti
Qafqaz Universiteti

İlin mətbəəsi
«Şərq-Qərb»

İlin beton istehsalçısı
«Spark»

İlin Xalq markası
«Ulduz»

İlin informasiya agentliyi
APA

İlin açılışı
«Nijfarm»

İlin ticarət markası
«Well»

İlin mağazalar şəbəkəsi
«Gallery»

İlin İnternet provayderi
«AvirTel»

İlin işıqlandırma və mühəndislik şirkəti
«Net Elektronik»

İlin innovasiya məhsulu
«Delafee»

İlin əczaçılıq şirkəti
«Shafran»

İlin məlumat-axtarış sistemi
Navigator.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO