ANS “Yeni Müsavat “a qarşı iddiasını geri götürdü

ANS Şirkətlər Qrupu müxtəlif vaxtlarda şirkətin imicinə xələl gətirən yazılar dərc etdiyinə görə bir sıra kütləvi informasiya vasitələri ilə bağlı qaldırdığı məhkəmə iddialarını geri çağırıb. Şirkət rəhbərliyi hüquq departamentinin simasında bu addımını onunla əsaslandırıb ki, həmin mətbuat orqanlarının bəziləri artıq ANS-ə, buraxılmış səhvlərin anlaşılmazlığın nəticəsi olduğunu etiraf edib, bəziləri isə yol verilmiş xətaları bilərəkdən etmədiklərini və bununla əlaqədar ANS-in mövqeyini dərc etməyə hazır olduqrını bildirməklə ANS-in onlara qarşı irəli sürdüyü iddiaları təmin etmiş olublar.

Bütün bunları nəzərə alan ANS mətbuatla bağlı məhkəmə iddialarını geri götürmək haqqında qərar qəbul edib. Şirkətlər Qrupunun Hüquq Departamentindən ANS-PRESS-ə bildiriblər ki, ANS bu addımı atmaqla mətbuat nümayəndələrinin bundan sonra məlumatla daha korrekt davranacağına ümid edir və inanır ki, jurnalistlər yoxlanılmamış, həqiqətə uyğun omayan informasiyalar yaymamaqla nə özlərinə, nə də başqalarına problem yaradacaqlar.

Bu addımı isə mətbuat və cəmiyyət düzgün anlamalı, kütləvi informasiya vasitələri isə xoş məramlı bu hərəkətdən dürüst nəticə çıxarmalı, öz fəaliyyətlərində daha məsuliyyətli və peşəkar olmalıdır.

Qeyd edək ki, ANS Şirkətlər qrupu “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə iddiası qaldıracağını açıqlamışdı.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO