ANS-in ən reytinqsiz verilişlərinin adları açıqlanıb

Modern.az saytı xəbər verir ki, ANS TV-də yayımlanan verilişlər arasında ən reytinqsiz olanların adları açıqlanıb. Bu barədə noyabrın 28-də axşam ANS-də efirə gedən “El gizli axşamlar” verilişinin aparıcısı Elgiz Əkbər məlumat verib. O, bildirib ki, hazırda ANS telekanalında efirə verilən iki veriliş ən reytinqsiz proqramlardır. Bunlar hərbi-vətənpərvərlik mövzusunda çəkilən “Marş” və gənclərin keçmişə qayıtmaq, keçmişi görmək istəklərini gerçəkləşdirmək məqsədilə ekranlaşdırılan “Keçmişə salam” verilişləridir.

Bu verilişlərin hər ikisi ciddi layihələrdir və onların reytinq yığa bilməməsi bir daha onu göstərir ki, Azərbaycan tamaşaçısı yüngül, bayağı, şou-biznes nümayəndələrindən bəhs edən proqramlara daha havəslə baxmağa meyllidir… Təəssüf…

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO