ANS-i daha bir aparıcı müxbir tərk edib, o, Modern.az-a danışdı

ANS-i daha bir aparıcı müxbir tərk edib, o, Modern.az-a danışdıANS-in aparıcı müxbirlərindən biri – Məshəti Şərif bir həftə bundan əvvəl telekanaldan gedib. Məhsəti Şərifin Modern.az saytına verdiyi məlumata görə, o bir müddət öncə “Səs” İnformasiya Agentliyində işləmək üçün dəvət alıbmış və təklifi müzakirə edəndən sonra qəbul edib.

Saytımıza açıqlamasında Məhsəti Şərif bildirib ki, ANS önun üçün yaxşı bir məktəbdir və indi də oradakı bütün əməkdaşlarla yaxşı münasibəti var. Ancaq o, inkişafın da lazım olduğunu bildirib.

Məshəti Şərif əmək haqqı və yaradılan şəraitə görə iş yerini dəyişdiyini vurğulayıb.

Qeyd edək ki, Məshəti Şərif “Səs” İnformasiya Agentliyinin, eyni zamanda “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün baş redaktoru vəzifəsində çalışır. O, bir həftə əvvəl vəzifəsinin icrasına başlayıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO