Analoq televiziya avadanlığının alınmasına dair müqavilə imzalanacaq

Analoq televiziya avadanlığının alınmasına dair müqavilə imzalanacaqGəncə və Şirvanda rəqəmsal televiziya ötürücülərinin quraşdırılması başa çatdırılacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi (İB) tərəfindən noyabrın sonunadək Gəncə və Şirvanda rəqəmsal televiziya ötürücülərinin quraşdırılması başa çatdırılacaq. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, bu işlər daha sonra Ağsu rayonunda davam etdiriləcək və bütün Aran zonası rəqəmsal televiziya ilə əhatə ediləcək.

“Teleradio” İstehsalat Birliyi Almaniyanın “Rohde & Schwarz” şirkəti ilə rəqəmsal ötürücülərin alınmasına dair müqavilə imzalayıb. Yaxın vaxtlarda analoq televiziya avadanlığının alınmasına dair də müqavilə imzalanacaq. Bundan başqa, regional səviyyədə 10 telekanaldan ibarət sosial paketin tətbiqi planlaşdırılır. Bu paketə əsasən Azərbaycan kanalları daxil ediləcək.

Hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti , “İdman Azərbaycan” telekanalı və “Lider” TV-nin verilişləri rəqəmsal formatda təqdim edilir. Yaxın vaxtlarda bu sistemə “Xəzər” telekanalı da qoşulacaq.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO