AMŞ jurnalistlər arasında müsabiqə elan edib

Azərbaycan Mətbuat Şurası (AMŞ) Sənaye və Energetika Nazirliyi ilə birgə Avropa İttifaının “İNOGEYT” proqramının dəstəyi ilə gerçəkləşdirilən “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binaların enerji səmərəliliyi təşəbbüsü” (BES – ESIB) layihəsi çərçivəsində jurnalistlər üçün “Enerji səmərəli binalar – dayanıqlı enerji inkişafının əsası” mövzusunda müsabiqə elan edib.

AMŞ-dən SalamNews-a verilən məlumatda deyilir ki, müsabiqə enerji səmərəlliliyi mövzusunda ən yaxşı məqaləni müəyyənləşdirəcək. Müsabiqədə dil və həcm məhdudiyyəti nəzərdə tutulmur. Sənəd qəbulu aprelin 30-na kimi aparılacaq. Bu müddətdə mətbuatda və ya internet resurslarında dərc olunan məqalələr müsabiqəyə təqdim edilə bilər. Hər jurnalistin yalnız bir məqalə təqdim etməsi nəzərdə tutulur. Reklam materialları qəbul edilmir. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq, həmçinin fərqlənən digər müəlliflərə həvəsləndirici mükafatlar veriləcək.

Müsabiqədə iştirak etmək şərtləri ilə ESİB layihəsinin (http://www.inogate-ee.org/), Sənaye və Energetika Nazirliyinin (www.sen.gov.az), Mətbuat Şurasının (http://www.presscouncil.az ) saytlarında tanış olmaq olar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO