AMŞ-də “Leyla Əliyeva: ”Xocalıya ədalət!” kitabının təqdimatı olub

Azərbaycan Mətbuat Şurasında Ahıl Jurnalistlər Məclisinin təşkil etdiyi şəhid jurnalistlərin xatırə tədbirində “Leyla Əliyeva: ”Xocalıya ədalət!” kitabının təqdimatı olub.

SalamNews xəbər verir ki, kitab “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibəti ilə nəşr edilib.

Kitabın müəllifi Əməkdar jurnalist Vasif Səmədov məumat verib ki, “Xocalıya ədalət!” kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il may ayının 8-də-Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.

1992-ci il fevralın 26-da erməni yaraqlıları tərəfindən işğal edilmiş 970 kv km-lik Azərbaycan şəhərinin işğalından bəhs edən əsərdə Baş Prokurorluğun, DİN-nin birgə yaratmış olduqları istintaq qrupunun materiallarından istifadə edilib. Ona görə də yeni nəşrdə Ermənistan-Rusiya hərbi birləşmələrinin törətdikləri qanlı cinayətlərlə bağlı ilk dəfə səslənən faktlar xüsusi yer tutur.

Müəllif xatırladıb ki, kitabın türk dilində də nəşri nəzərdə tutulub.

– See more at: http://salamnews.org/az/news/read/115835#sthash.7NyzVuRy.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO