AMEA Foklor İnstitutunun qərarı ilə çapdan çıxan kitab mükafata layiq görülüb

Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən 19-cu Beynəlxalq Kitab Yarmarkasında AMEA Folklor İnstitutu və Moldova Elmlər Akademiyası Filologiya İnstitutunun birgə qərarıyla çapdan çıxmış “Qaqauzluq: mədəniyyət, ruh, adətləri. (Qaqauz folkloru)” adlı kitab mükafat və diploma layiq görülüb. Qədim folklor materialları ilə zəngin olan kitabın redaktoru və ön sözün müəllifi AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov, rəyçiləri isə Moldova və Rumıniya Elmlər Akademiyalarının akademiki M.İ.Cimpoinin, filologiya elmləri doktoru L.S.Çimpoeşin və tarix elmləri doktoru D.E.Nikoğlondur. AMEA Folklor İnstitutunun sifarişi ilə nəşr olunmuş kitabın tərtibçisi qaqauz dramaturq şairi və tədqiqatçısı, “Ana sözü” qəzetinin direktoru Todur Zanetdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO