Şamaxının deputatı: “Mən bu bir ildə həmişə çalışmışam… “

Şamaxının deputatı: "Mən bu bir ildə həmişə çalışmışam..."Millət vəkili Elxan Süleymanovun Şamaxıdakı qərargahında illik hesabatı təqdim edilib. Toplantıda millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, rayon icra hakimiyyəti başçısının müavini Sərdar Ömərov, filologiya elmləri doktoru, professor Nadir Abdullayev, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, hüqüqşünas Arzuxan Əlizadə çıxış edərək Şamaxının millət vəkilinin 2012-ci ildə gördüyü işlərdən söhbət açıblar.

Toplantı iştirakçılarına Elxan Süleymanovun millət vəkili kimi fəaliyyətinin bir ilinə həsr olunmuş “Şamaxının millət vəkili – birinci il” kitabıda təqdim edilib.

www.elkhan-suleymanov.az nəşri olan kitaba Şamaxının millət vəkili Elxan Süleymanovun seçicilərlə görüşləri, müsahibələri, müraciət və çıxışları, ilboyu gərgin və məqsədyönlü fəaliyyətini əks etdirən materiallar daxil edilib.

Tədbirdə bildirilib ki, ötən bir il həqiqətən də Şamaxının millət vəkili üçün əlamətdar olub. “Elxan Süleymanov Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə üzv, AVRONEST Parlament Assambleyasının vitse-prezidenti, bu mötəbər qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib. Dəfələrlə beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdıran millət vəkili, son dərəcə gərgin iş qrafikinə baxmayaraq bir an da olsa, öz seçicilərini – şamaxılıları unutmayıb. Yeni ili, Qadınlar Gününü, Novruz bayramını, Qələbə Gününü, Ramazan və Qurban bayramını, Müstəqillik Gününü şamaxılılarla birgə qeyd edib. Azərbaycan ədəbiyyatının görkəmli simaları Əfzələddin Xaqaninin doğulduğu kənddəki büstünü, Seyid Əzim Şirvaninin qəbirüstü abidəsini öz vəsaiti hesabına bərpası, Şamaxıda dahi Mirzə Ələkbər Sabirin möhtəşəm qiraət günlərinin və “Şamaxı soyqırımı” beynəlxalq konfransının təşkili millət vəkili Elxan Süleymanovun Şamaxı tarixinə və şamaxılılara dərin ehtiramının təzahürüdür”-deyə qeyd edilib.

Bildirilib ki, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının və Şamaxı Humanitar Kollecinin hərəsinin iki əlaçı tələbəsinə özünün təyin etdiyi “Xaqani” və “Sabir” təqaüdləri təqdim edib, bu il Şamaxıdan yüksək balla ali məktəblərə qəbul olunan tələbələrin yüksək təqaüdlə təmin olunmalarını öhdəsinə götürüb.

“Bir sözlə, kitabda yer alan materiallardan da göründüyü kimi, ötən bir il tədbirlər və görüşlərlə zəngin olub. İyul ayında Qaleybuğurd kəndində Qarabağ müharibəsi veteranının oğluna toy edilməsi, noyabr ayında isə həmin gənc ailə üçün tikilən evin istifadəyə verilməsi də belə yaddaqalan tədbirlərdəndir. Elxan Süleymanovun təşəbbüsü ilə il ərzində dəfələrlə tanınmış mütəxəssislər tərəfindən rayon sakinləri üçün hüquqi yardım günləri keçirilib. Şamaxılıların üzləşdiyi qayğı və problemlərlə əlaqədar millət vəkili nazirlik və dövlət idarələrinin rəhbərləri ilə görüşüb, həlli vacib məsələləri onların nəzərinə çatdırıb”.

Kitaba daxil edilən müsahibələrdə isə daha çox millət vəkilinin AŞPA və AVRONEST kimi mötəbər qurumlardakı uğurlu və məqsədyönlü fəaliyyəti araşdırılır.

Millət vəkili özü bu bir ili belə xarakterizə edir: “Mən bu bir ildə həmişə çalışmışam ki, sizinlə daha çox birgə həyat yaşayım, sizin problemlərinizlə tanış olum, onları anlayım və əhalinin həyat və ictimai xidmət səviyyəsini təkmilləşdirən həll yollarının tapılmasında rol oynayım. Sizinlə birbaşa əlaqədə olmaq mənim üçün böyük təcrübə idi”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO