Almaniyada Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi qeyd edilib

Almaniyada Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi qeyd edilibBerlin Ədəbiyyat Evində görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş anım gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbir Almaniyadakı Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi tərəfindən, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyi və “Avrokafqaz” elmi-mədəni institutunun dəstəyi ilə təşkil olunub. Tədbirdə qeyd edilib ki, Mirzə Ələkbər Sabir alman oxucularına ilk dəfədir təqdim olunur. Azərbaycanın görkəmli şairinə həsr olunmuş tədbir Almaniyada bir dəfə – 15 il bundan əvvəl keçirilib.

Tədbirdə Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin direktoru Samirə Patser-İsmayılova, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev, Humboldt Universitetinin kafedra müdiri, professor Eva-Mariya Aux və digərləri çıxış ediblər.

Tədbirin sonunda yerli diasporun nümayəndəsi Məmmədəli Hüseynli Mirzə Ələkbər Sabirin bir necə poemasını oxuyub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO