Alman telekanalı jurnalistinin həbsi ilə bağlı Qəza bölgəsində müxbir məntəqəsini bağlayıb

ARD operatorunu beş HƏMAS döyüşçüsü və fələstinli qızın həlak olduğu partlayışdan sonra həbs ediblər. HƏMAS üzvləri əmindirlər ki, partlayışın arxasında FƏTH qruplaşmasının üzvləri durur. ARD nümayəndələri müxbir məntəqəsinin fəaliyyətinin yalnız Səifin azadlığa buraxılacağından sonra bərpa ediləcəyini bildiriblər. Alman jurnalistlərinin məlumatına görə, teleşirkətin operatoruna işgəncə veriblər və o, hətta hərbi xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ARD telekanalının tələblərinə İsrail və Fələstin Muxtariyyətindəki Beynəlxalq Jurnalistlər Assosiasiyası da qoşulub. HƏMAS hələ ki, məsələyə heç bir reaksiya verməyib.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO