Alimlər Nizami Gəncəvinin əsərlərini yenidən araşdırırlar

Alimlər Nizami Gəncəvinin əsərlərini yenidən araşdırırlarGəncəli alimlər dahi şair Nizami Gəncəvinin əsərlərini yenidən araşdırır. Gəncə Regional Elm Mərkəzinin alimləri tərəfindən dahi şair Nizami Gəncəvinin qələmə aldığı “Xosrov və Şirin” əsəri yenidən tərcümə olunub. Modern.az-ın məlumatına görə, Nizamişünas alim Xəlil Yusifli tərəfindən tərcümə edilən əsər ikinci dünya müharibəsindən sonra ikinci dəfə tərcümə edilib.
“Xosrov və Şirin”in yeni tərcüməsi digər tərcümələrdən fərqlənir. Belə ki, alimlər ədəbiyyat incisini Nizami Gəncəvinin yazdığı tərzdə əruz vəznində tərcümə ediblər. Eyni zamanda əsərdə qədim türk sözlərinin izahı açıq-aydın verilir. Xəlil Yusiflinin verdiyi məlumata görə, tərcümə əsərin yazılma tarixini də dəyişir. Belə ki, alimlərin yeni araşdırmaları göstərib ki, əsər 1180-ci ildə deyil, 1177-ci ilin iyulunda sultan Toğrulun taxta çıxmasından sonra qələmə alınıb. Artıq yeni tərcüməyə Azərbaycan Milli Elmlər Akademiyasının digər alimləri tərəfindən müsbət rəy verilib.
Qeyd edək ki, “Xosrov və Şirin” əsərinin 150 nüsxədə ilə nəşr edilməsi planlaşdırılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO