Ali media mükafatının özəllikləri aşıqlanacaq

“Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının nizamnaməsi və əsasnaməsi hazırdır”. “Media forum” saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov belə deyib.

Mükafatın ölkənin digər media mükafatlarından xeyli fərqlənəcəyini vurğulayan şura sədri iyulun 2-də qurumun İdarə Heyətinin iclasında yekun müzakirələr aparılacağını və bundan sonra Ali Media Mükafatının özəlliklərinin ictimaiyyətə açıqlanacağını bildirib.

Ali Media Mükafatı Mətbuat Şurası İdarə Heyətinin iyunun 11-də keçirilən iclasında təsis edilib.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO