Aleksandr Rodnyanski avqustun 1-dən “STS Media “-nın prezidenti postundan gedəcək

Yeddi il ərzində “STS Media” kompaniyasına başçılıq etmiş Aleksandr Rodnyanski direktorlar şurasında təmsil olunmaqla prezident səlahiyyətlərinə son verəcək. Bu barədə kompaniyanın mətbuat mərkəzindən bildiriblər.

“Cənab Rodnyanskinin qərarını “STS Media” nın Direktorlar Şurası təsdiq edib. Onun kompaniyanın prezidenti vəzifəsində müddəti bu il avqustun 1-də bitir” – məlumatda belə deyilir.

Rodnyanski yeddi il ərzində məşhur kompaniyaya rəhbərlik etməsinin onun üçün şərəf olduğunu bildirib. “Biz özündə altı televiziya kanalını birləşdirən, özünün istehsalat bazası olan Rusiya üçün unikal kompaniya yaratmışıq. Bizim kanalların adları əyləncəli kanalların keyfiyyəti üçün etalon rolu oynayır” – Rodnyanski belə deyib.

Alekandr Rodnyanski “STS Media”ya 2002-ci ildə qoşulub və 2004-cü ildə kompaniyanın prezidenti seçilib. 2004-cü ildən 2008-ci ilədək kompaniyanın baş direktoru vəzifəsini icra edib. 2008-ci ilin avqustundan isə Direktorlar şurasının üzvüdür.

Bir sıra mətbu orqanlar onun şəxsi layihələrlə məşğul olacağına görə kompaniya prezidentliyi vəzifəsindən gedəcəyini yazıblar. Rodnyanskinin yeni layihəsi AR Films kinoşirkətidir. Yeni layihə üçün 3 ildə o, şəxsi büdcəsindən 20 milyon dollar yatıracaq.

www.lenizdata.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO