Akademik Ramiz Mehdiyevin kitabı Ukraynada təqdim olunacaq

Akademik Ramiz Mehdiyevin kitabı Ukraynada təqdim olunacaqYanvarın 13-də Azərbaycanın Ukraynadakı səfirliyində səfir Tələt Əliyevin rəhbərliyi ilə 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar diplomatlarımızın, diaspor fəallarının, Azərbaycan alimlərinin və mədəniyyət xadimlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Akif Gülməmmədov, diasporun Ağsaqqallar Şurasının başçısı, Ukraynanın əməkdar nəqliyyat işçisi Elbrus Abdullayev, Ukraynanın xalq artisti Qurban Abbasov, Kiyev şəhəri Peçersk Rayon Şurasının deputatı Vilayət Quliyev, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru, UAK-ın Kiyev şəhər təşkilatı sədrinin müavini

Arif Quliyev, Kiyev-Mogilyansk Akademiyasının dosenti Fərhad Turanlı və başqaları iştirak ediblər.

Səfir Tələt Əliyev bildirib ki, yanvarın 20-də Kiyev şəhər Müəllimlər Evində 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr edilmiş xatirə gecəsi və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ukrayna dilində çapdan çıxmış “Azərbaycanlıların soyqırımının reallıqları” kitabının təqdimatı olacaq.

Diplomat qeyd edib ki, Azərbaycan xalqının ən yeni tarixinin bu hüznlü gününə xeyli qalmış hazırlıq üzrə qərargah yaradılıb, akademik Ramiz Mehdiyevin “Azərbaycanlıların soyqırımının reallıqları» kitabının Ukrayna dilində nəşri barədə qərar qəbul olunub və kitab artıq nəşr edilib. Səfirin Ukrayna siyasətçiləri və ictimaiyyət nümayəndələri ilə çoxsaylı görüşləri olub, səfirliyin “Qara Yanvar: Bakıya sovetin təcavüzünün 20 illiyi” mətbuat açıqlaması tərtib edilmiş, həmin dövrün hadisələrini əks etdirən şəkillərdən ibarət stendlər hazırlanıb. Müşavirə iştirakçılarına akademik Ramiz Mehdiyevin Ukrayna dilində nəşr edilmiş “Azərbaycanlıların soyqırımının reallıqları” kitabının nüsxələri paylanıb.

Kitabın Ukrayna dilinə tərcüməsinin məsləhətçisi Azərbaycanın Kiyevdəki səfiri, fəlsəfə doktoru, siyasi elmlər namizədi Tələt Əliyev, redaktorları Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Arif Quliyev və T.Q.Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun dosenti Zəminə Əliyevadır. Zəminə xanım həm də bu kitabın nəşrinin sponsorudur.

Xarkovun “Fort” nəşriyyatında çapdan çıxmış kitab siyasətçilər, sosial elmlər sahəsinin mütəxəssisləri, humanitar ali məktəblərin tələbələri və bütövlükdə oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabda AzərTAc-ın fotoşəkillərindən istifadə edilib.//

Qaynar.info

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO